MİQ-də vakansiya seçiminin nəticələri AÇIQLANDI

15:34 12.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

Hafta.az xəbər verir ki, vakansiya seçimi mərhələsinin nəticələri müsabiqədə iştirak edən namizədlərin şəxsi kabinetinə göndərilib.

Xatırladaq ki, MİQ-in test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakansiya seçiminə buraxılmışdılar.